Nigara

Mən bayquş olubsevmədim səni fəryad kimi.Sevdim səni həyatı sevən kimi.Sevdim həyat kimi...Sevdim səni:tarlada sıx sünbül kimi,düşmən nizələrini yaran,qanlı cəbhələrdən yaralı dostunu çıxaranvəfalı bir atı sevən kimi.Sevdim səni həyatı sevən kimi.Sevdim səni:eşqinin atəşli isitmələriləgözlərini yandıran,aylı gecələrdə səniyuxudan oyandıran,dilinə şirin gələn,kölgəsində ruhun dincələnəziz bir ad kimi.Sevdim səni həyat kimi.Sevdim səni:bəşər oğlununxülyalarında yaşayan,əsrlər boyu insan beynini qaşıyanuçmaq xülyası –qanad kimi.Sevdim səni həyat kimi.Sən də şirin oldun mənə,ömrümdən şirin.Ruhumda fanar yandırdıqumral gözlərin.Mən səni sevdim:bir vurğudadağlardan dağ qoparan,

daş qayaların bağrını yaranFərhad kimi,Sevdim səni həyat kimi.Durdum yollar ayrıcında,çəkdim həsrətini.Dedim Xızır olaram;aradım səni abi-həyat kimi.Canlandın ömrümün nəğməsindənəqarət kimi.Sevdim, sevirəm,sevəcəyəm səni həyat kimi!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love