Dünyanın dərdi
Bu gecə yenə yatmamışam.Nə başım ağrıyır,nə xəstəyəm.Yatağım rahat.Döşəmədən tavana qədərsükut var otağımda.Olsun ki, belə bir sükut içində,bir gün,bizimlə vidalaşmadan,gedəcək ürək.Ancaq, bu deyil məni nigaran qoyan.Bu gün var olanbir gün yox olacaq axırısı.Məni yatmağa qoymurdünyanın dərdi,torpağın ağrısı.
mart, 1962
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-dunyanin-derdi
Use ← → keys to move, R for a random poem