Yazıq dünya
Dünya böyük.İnsan bir zərrəYaşayırıqeşidə-eşidəduya-duya,görə-görə;yaxşını da, pisi də.Düşündürür bizihər günün gəlimi dəhər anın itkisi də.Yaşayırıq, yaşayacağıq hələsevə-sevə,yarada-yarada,kədərlənə-kədərlənə,gülə-gülə.Yaşayacağıqarzularımız uğrundavuruşa-vuruşa;biliyimizin lövhəsindənağ ləkələri silə-silə.Yaşayırıq yaşayacağıqgerçəklikdəki zərrələrin biri kimi.Varlığın sona qədər açılmamışsirri kimi.Yaşayacağıq bundan beləneçə il,neçə aybəlkə də neçə gün, ya...Gedəndə nə isə aparacağıq.Yazıq sənə, yazıqDünya!
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-yaziq-dunya
Use ← → keys to move, R for a random poem