Yalan
Ömrümdə yalan demişəmya az, yarım, ya çox –bilmirəm.Çocuqluqda yalan demişəmdoğruluğuna özüm inana-inana.Bəzən yalan demişəmdoğrunun qorxusundan,acısından dona-dona.Bəzən yalan demişəmiçimdən yana-yana.Bəzən yalan olubistədiyimə inandırmağayeganə bəhanə.Yalan eşitmişəm:ağ, qara, qırmızı.Bəzən “hamıdan gözəlsən” – deyibqurutmuşam göz yaşını,ovutmuşam şikəst bir qızı.Yalan var inanımlı,yerində, qısa.Dünya qəmli olmazmıdoğrunun əkiz qardaşıqərəzsiz yalan olmasa!..
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-yalan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İtmişdi dili-qəmzədə viranələr içrə,Səd şukr ki, tapdım onu meyxanələr içrə.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
DeyiləmBahənə tutuban, bizdən gen gəzmə,Sirr sözün yadlara deyən deyiləm,
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.