Qar yağır lopa-lopa.Pəncərədən baxıram.O çırpınır.Çıxarıb onu isti sinəmdən,bir quş kimi,pəncərədən buraxıram.Gedir qartopu oynamağa.O, mənim çocuqluğumdur.Nə üzündə qırışıqlar,nə gözündə dalğınlıq, kədər.Qar yağır,tökülür çiçək-çiçək.Oynayır o, əlində əlcək.Qaçır, atılır, gülür.Qar yağır.Çiçək-çiçək tökülür.Çağırıram: Ey! Gəl! Gəl!Açıqdır pəncərə.Bir qar düşür ovcuma.Naxışlı bir qar;

gümüş ulduz kimi.Düşür və əriyir.Əriyir qar topu oynayan uşaq da.İndi bir mənəm,bir də əlli səkkiz yazılı təqvim,pəncərəsi açıq otaqda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets