Gəl, otur!Bax, belə!Yaxın otur, gəl!Möhlət verməyəcək bəlkə də əcəl.Köhnə görünsə də bu söz nə qədər,insan ürəyindən çıxmır şübhələr.Əcəl – quru sözdür,ölüm – həqiqət.Olumdan başlayır yolumuz,fəqət,olumdan ölümə yoldur ömrümüz;acılı-şirinliəyri, dolay, düz,şəfqətli, kinli.Qulaq as!Çırpınma!Diqqətlə dinlə!Qəlbimdir danışan indi səninlə,Mən ruzgar olmadım həyatımda,yox!Doğrudur,başımın macərası çox,ömrümün dastanıdor-dolaşıqdır.Ancaq, hər yarpağıgöz qabağındaaydın işıqdır.Qoyma şübhə səni sorğuya çəkə!Məhəbbət, sədaqət götürməz ləkə.İnsan şübhələrlə yaranmış əkiz,doğrudur, amma,şübhələr də gərək olmaya yersiz.Bəlkə sevgi özü bir imtahandır.Sorğusuz qısqanclıqqəmdir, hicrandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death