İsrar
Ancaq deyirsən ki, indi deyim mən,sevmədiklərimdən,sevdiklərimdən.Kim məni aldatdı,mən kimi atdım.Kimdən qan ağladım,kimi ağlatdım.Kimin həsrətilə qaldım yuxusuz.Yandırdı qəlbimi
hansı hərcayi,hansı uğursuz?!Kimə yalvarmışam,kimdən qaçmışam.Kimə qorxa-qorxa könül açmışam?!Hansı afət olub qurbanım mənim?!Harda başlamışdırnigaranlığım,harda qurtarmışdırmehribanlığım!Uzunmu sürmüşdürhicranım mənim?!Çoxmu ağlamışamçoxmu gülmüşəm.Kimlərdən yan durub,uzaq dolanıb,kimlərlə dərdimiyarı bölmüşəm?!İlk gənclik günümdənbu vaxta qədər,nə sərgüzəşt olub,nə macəralar,başla, bir-birmənə nəql et! – deyirsən.Ey gənclik həvəsiruzgartək əsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-israr
Use ← → keys to move, R for a random poem