Burada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyimSən təbib olmazsan bu yaralaraŞəfa olmaz mən bimara sevdiyim

Könlüm quşu durmaz məndə bir zamanQurban olum sənə ey qaşı kamanTa ki müjganından çıxanda peykanMəni etdi zəxmdara sevdiyim

Qanlı sirişkimdən dünya dolubdurƏqlim itirmişəm bilmən nolubdurÇünki dərdim dağdan ziyad olubdurBağlamışam mən tumara sevdiyim

Bülbül əl götürməz güldən oluncaKəsmənəm adını dildən oluncaQoymanam damanın əldən oluncaLənət olsun bi-iqrara sevdiyim

Digərgun olubdur hal-əhvalımKeçər bu növlə əyyam ü salımAşüftə taleyim həm bədiqbalımAslanam mən bəxti qara sevdiyim

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets