Ərənlər sərvəri Şah Qulkəfi,Şücaət yaraşır Həsən Mövlayə,Qədr günü namaz üstə sailə,Elədi xatəmin Həsən Mövlayə

Münkirlər istəsə diyağı sənsən,Yüz on dörd surənin diyağı sənsən,Bilmərəm yerin göyün dayağı sənsən,Gəl məxluqata Həsən Mövlayə

İbrahim din bəslər tabut içində,Muyi-ənbər zülflərin tabut içində,Ərəb sifətində tabut içində,Qalxdı, cavab verdi Həsən Mövlayə

Xəstə Qasım yaxa yırtıb qələm dad,Xan deyiləm, qora yetim qələm dad,Tanrı üçün mən fəqirə qələm dad,Bax qullar içində Həsən Mövlayə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise