Qarı və Şah Sənəm
— Qarı:Otağımdan durdum, gəldim yanına,Elçi bəylər gəldi, sənəm, nə dirsən?Yanar odları vurdum canına,Elçi bəylər gəldi, sənəm, nə dirsən?
— Şah Sənəm:Otağından durdun, gəldin yanıma,Qarı, mən Luluni nə dindirirsən?Yanar odları vurdun canıma,Qarı, mən Luluni nə dindirirsən?
— Qarı:Həyətiniz hasarlıdı, bağlıdı,Sinəm başı düyünlüdü, dağlıdı,Özgə deyil, doğma əmimin oğludu,Elçi bəylər gəldi, sənəm, nə dirsən?
— Şah Sənəm:Atama diyin, mərdanə dursun,Gələn elçilərin boynunu vursun,Məni verir Aşıq Qəribə versin,Köpək, mən Luluni nə dindirirsən?
— Qarı:Sən aşan yollar qarlı dağ olsun,Dörd tərəfin səbzə-çəmən bağ olsun,Sərvər oldu qızım, başın sağ olsun,Elçi bəylər gəldi, sənəm, nə dirsən?
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-qari-ve-sah-senem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Praise
Ey Füzuli, bu pərişan dərdi – pünhan könlümüYandırıb odlara sən, neçün belə qan eylədin?
Qəzəl: Aşiqə cövr etməklə, cana, günahı yoxmudurAşiqə cövr etməklə, cana, günahı yoxmudur,Gər qərib isə nə var, onun Allahı yoxmudur
Atılmayan toplarDaş barılar, qalalar,Bürclər durur yan-yana.
صدف بحر بقا سینه درویشان استگوهر آن، دل بی کینه درویشان است