Üç gündür çıxmışam o Tikmədaşdan,Qapına gəlmişəm canım əlimdə.Ayağın torpağı qibləgahımdı,Sızıldaram giribanım əlimdə.

Şeyda bülbül kimi yaman ağlaram,Sinəm başın düyünlərəm, dağlaram.Ləzgi kimi yüz aşığı bağlaram,Əgər olsa süxəndanım əlimdə.

Xəstə Qasım, kəsilibdir xitabım,Qızılgül tək çəkilibdir gülabım.Cədvəlkeş quranım, qızıl kitabım,Yoxdur zərli qələmdanım əlimdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets