Dəli könül, nə yanırsan oda sən,Billah bundan hərgiz sənə yar olmaz.Bivəfanın özü nədi, sözü nə,Bivəfada namus, qeyrət, ar olmaz.

Nəzər ilə gör bu dünya nicədi,Kimi bazirgandı, kimi xocadı,Sərv ağacı hər ağacdan ucadı,Əsli yoxdu, budağında bar olmaz.

Qoç igidlər özün həddən ötürməz,Mərd kimsələr haqq səyin itirməz,Qabaq tağı tər şəmamə götürməz,Boz sökütdə heyva olmaz, nar olmaz.

Nəşədir aşiqin ancaq sərində,Gül bərgidi əndəlibin pərində,Nə yatırsan bivəfanın dərində,Başın al get, dünya sənə dar olmaz.

Xəstə Qasım, nöldü yarın səfası,Səfasından artıq olur cəfası,Olsa əgər bülbülünə vəfası,Qızıl gülün çöhrəsində xar olmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love