Deyərlər
Ay ağalar, gəlin sizə söyləyim,Yalqız daşdan olmaz, divar deyərlər.Bəzirgansan, aç mətahın, xırd eylə,Ararlar: yükündə nə var? — deyərlər.
Ovçu olan bəslər alıcı quşu,Sərraflar tanıyar qiymətli daşı,Bir oğul atadan artırsa işi,El içində ona tavar deyərlər.
Qızıl gülü dəstə-dəstə dərginən,Dəribən də yaylıq üstə sərginən.Hər nə versən öz əlinlə verginən,Yüz qadanı başdan sovar deyərlər.
Neynirəm bir bağı, barı olmasa,Alması, heyvası, narı olmasa.Bir igidin dövlət-varı olmasa,Yeləksiz ox kimi çovar deyərlər.
İsgəndər atlandı, çıxdı zülmətdən,Qasım, Xızr içdi abı-həyatdan.Bəhsə duşsə igiddən, qılıncdan, atdan;Süfrəni hamsınnan kübar deyərlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-deyerler
Use ← → keys to move, R for a random poem
More by this author
Bir çarşıda dörd dərvişə uğradım,Dördü bir-biriynən eylər ixtilat.
Al indiNə müddətdi həsrətini çəkirdim,Zənəxdanı etdin mənə al indi.
Ay ariflərAy ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.
AşnalığıAy ağalar, gəlin sizə söyləyim,Əzəl yaxşı olar, yar aşnalığı.