Al indi
Nə müddətdi həsrətini çəkirdim,Zənəxdanı etdin mənə al indi.Talan salmış Hində, Bəlxə, Həbəşə,O qaş indi, o göz indi, xal indi.
Məclisində al şərablar içilir,Buxağından ətri-güllər saçılır,Dindirəndə dəhanından açılır,Şəkər indi, nabat indi, bal indi.
Qurban olum ənisinə, elinə,Zəmişan şəddəsin çalmış belinə,Payəndazdı nazlı yarın yoluna,Bu baş indi, bu can indi, mal indi.
Yar getdiyi atlas ilə xaradı,Məni qoyub özgələrə varadı,Ay ağalar, mənim baxtım qaradı,Kitab açdım, belə gəldi fal indi.
Xəstə Qasım, dost kuyinə varanlar,Namus anlar, qeyrət anlar, ar anlar,Hərf içində əlif idim, yaranlar!Fələk əydi qəddim, oldum dal indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-al-indi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Təxəllüs nə lazım, ey Aşıq Pəri,Bir kəs ki, mehrdən xəbərdar ola?
Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdirOl mahi-münəvvər ki, səhərdən gedəcəkdir,Şəmi rüxi-pürnuri nəzərdən gedəcəkdir,
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.