Əzəl başdan bu dünyanın,Xalq eyləyən ətası var.Eşq əhlinə tənə olmaz,Çünki haxdan butası var.

Aqil gözlər yol-ərkanı,Adil gözlər gövhər kanı.Zatı pakı yaxşı tanı,Mərd oğlun mərd atası var.

Xəstə Qasım Tikmədaşlı,Könlü tarmar, gözü yaşlı.Söz danışma iki başlı,Yanlış sözün xətası var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets