Ərşi zəmin nohu qələm yox ikən,Varlığa hamıdan tez gələn Əli.Ustadlar ustadı özü olubdur,Cəbrayil məqamın düz bilən Əli.

Sənin hörmətinə quruldu varlıq,Həyatın zəmzəmi, o suyu dirlik.Səndən kəşf olundu, elm və birlik,Cəmi dillərnən söz bilən Əli.

Xəstə Qasım üzərmi daməndən əli?Aləmi zərridə demişəm bəli.Bir ismin Əlidi, bir ismin Vəli,Cəmi pünhan dərdi tez bilən Əli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets