Bir elə kişinin tut ətəyindən,Bil sənə imdadı ol eylər-eylər.Zərrəcə üstündə olsa nəzəriYerdən daş götürsən, ləl eylər-eylər,

Böhtan demə, böhtan tutar adamı,Qul eylər, bazarda satar adamıCəhənnəm odundan betər adamıYoxsulluq yandırar, kül eylər-eylər.

Aqil insan deməz hər gördüyünü,Daldalar düşməndən vay dərdiyini,Görməzsən nakəsin pay verdiyini,Versə də, töhmətin bol eylər-eylər.

Xəstə Qasım deyər sözün bu başdan,Pay umma qohumdan, yaddan, qardaşdan,Özün əmək çəksən, su çıxar daşdan,Əridər dağları yol eylər-eylər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets