Yatmışdım, üstümə gəldi bir pəri,Yenə yar sevdası ha mayıl oldu.Dərdi-qəmim cana əsər elədi,Qolların boynuma həmayil oldu.

Təbib görsün yaralarım, sinəm aç,Öz əlinlə bu düyünüm, sənəm, aç.Demiş idin, hər gün verrəm sənə maç,Günüm aya döndü, həm ay il oldu.

Vardım dost kuyinə, sək sana durdu,Dərdim tək bir ikən, səksənə durdu.Qasımı görəntək səksənə durdu,Gözəllər qəflətən həm ayıl oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets