Getdi
Necə qəhrəmanlar gəldi dünyaya,Köç vaxtı yetişdi, tez oldu getdi.Rüstəmin zərbindən titrədi dağlar,Düşdü dastanlara söz oldu getdi.
Hakimlik eylədi çox uzun vaxtı,Bütün kainata Süleyman baxdı.Tərsinə döndü şah Cəmşid taxtı,Firudinin dərdi yüz oldu getdi.
Necoldu Keykavus, hanı Keyqubad,Hansı bu dünyadan almışdı murad?Allahlıq eylədi Fironla Şəddad,Nəmrudun qalası düz oldu, getdi.
İskəndər Daranı taxtmdan saldı,Cahana şah gəldi, sonu nə aldı?Yarı yolda öldü, Misirdə qaldı,Qasım kimi yandı, köz oldu getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/xeste-qasim-getdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qəm diyarında əcəl peyki güzar etməz mana,Yox sanıb varım məgər kim, e’tibar etməz mana.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,