Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.

Ey mövci-əşk axma, dəxi tutma yolların,Bir rəhgüzar ver, o büti-simbər gəlir.

Gəh yad zülfün eyləyirəm, gah kakilin,Bir fikri etməmiş, dilə fikri-digər gəlir.

Kəsmə ümid vəsldən əyyami-hicrdə,Ey dil, bu şam kim gedər, axır səhər gəlir.

Gər müjdeyi-visalı gələ, yoxdu faidə,Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir.

Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar,Bais nədir ki, biri-birindən bətər gəlir?

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri,Güldü ki, könlü məndədir anın, gedər, gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love