Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,Zülfi-siyahı tək o gülün piçü tabı var.

Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət,Amma rümuzi-nazə hələ yüz kitabı var.

Gəldi xəti əgərçi üzə xari-xüşk tək,Gülbərgi-tərdi ləli, hələ abü tabı var.

Bu şərmdən ki, dil – üzün ayinədir – demiş,Simab kimi lərzə edər, iztirabı var.

Yadi-ləbi-nigarım ilə vurduğuna lafOldu həram badə, dilin ictinabı var.

Rəncidə eyləyib gülü bülbül fəğan ilə,Başın çəkib qanadına, güldən hicabı var.

Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü,Gül açılıbdı, getmək üçün çox şitabı var.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hərdəm ölür görəndə rəqib ilə yarını,Öldürsə Seyyidi o şahə çox səvabı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love