Qətlimə meyl əgər ol dilbəri-növşad eylər,Qəm əlindən qutarır, könlümü həm şad eylər.

Neçə illərdi qılıb silsileyi-zülfə əsir,Nə məni öldürür ol sərv, nə azad eylər.

Gər o Şirin ləbi-ləlini şəkərbar etsə,Gətirir şurə, cahan əhlini Fərhad eylər.

Mələkülmovt əgər qəmzənə şagird olsa,Az zamanda onu can almağa ustad eylər.

Afərin navəki-xunrizüvə kim, sinəmdənÇəkməgə cani-həzini, mənə imdad eylər.

Ta ki, zülmün eşidib etməyələr meyl sənə,Sitəmindən, görə hər kimsəni dil, dad eylər.

Meyi-gülfamə dönən ol ləbi-ləlin həvəsi,Səni mey şürbünə ey müğbeçə, mötad eylər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, yar eşidib naleyi-zarimi dedi:Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love