Bir nəfər dosta
Əla, ey sərvəri-niku-xəsail-Ki, səndəndir fəxarət ruzigarə.Əla, ey sərvəri kim, seyti-fəzlinYetib aləmdə gün tək iştiharə.Keçən gün tifli-çakərzadə ilə-Ki, həq vermiş onu məni dilfikarə,Durub qəm kəsrətindən kuçə içrə,Edirdik əcz ilə hər yan nəzarə,Nümayan oldu nagəh bir cənazə,Aparırlardı dəfn üçün məzarə.Düşüb bir tifl dalınça o nəşin,Edib qəmdən yaxasın parə-parə.Açıb başın, töküb gülrəng yaşın,Gəlib fəryadə manəndi-bəzarə.Deyərdı nalə ilə key, babacan,Aparırlar səni bir bəd diyarə:Lihafın xiştü bəstər qarə torpaq,Olur tömə vücudin murü marə.Nə abü nə qida, nə şəmü şərbət,Misali-bəxti-əhli-şer qarə.Bu halı tifli-çakərzadə görcək,Gəlib fəryadə düşdü ahü zarə-Ki, vaveyla, məgər ağa, bu nəşiQoyacaqlar bizim evdə məzarə?Dedim:-Ey nuri-çeşmim, bu nə sözdür,Bu gunə sözləri eylə kənarə. Dedi:-Bu vəsflər kim, söylər ol tifl.Bizim ev halətin gətdi şümarə-Ki, nə abü ğiza, nə şəmü şərbət,Çəkibdi fəqr odu onda şərarə.Həqiqət hal, ey fəxri-zəmanə,Bu halətdir nihanü aşikarə.Əgər bundan ziyadə kəşf qılsam,Düşər od xirməni-səbrü qərarə.Ümidi-Seyyid oldur bu məlalə-Ki, etsin himmətin lütf ilə çarə.Behəqqi - Seyyidi -ruzi-qiyamət-Ki, şafedir hami xürdü kibarə.Nə xahiş eyləsən, olsun müyəssər,Yetişsin şövkəti ruzi-şümarə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-bir-nefer-dosta
Use ← → keys to move, R for a random poem
More by this author
Üzün hədisini dün söylədim bir ayə qədər,Görək ki, şərhini vaiz bilir bir ayə qədər?
Ey mələksima, cəmalın rəşki-cənnət bağıdırEy mələksima, cəmalın rəşki-cənnət bağıdır,Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.
O qəragöz ki, mənim eşqdə sultanımdırO qəragöz ki, mənim eşqdə sultanımdır,Xaki-payı gözümə köhli-Sifahanımdır.
Ey gül, nə rəvadır səni meyxarə desinlərEy gül, nə rəvadır səni meyxarə desinlər,Bədnam desinlər səni, avarə desinlər.