Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey mələksima, cəmalın rəşki-cənnət bağıdır,Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.
Cismi-zarım əşki-çeşmimdən pozulsa ney əcəb,Tez tapar rəxnə, bəli, bir yer ki, su oynağıdır.
Ləşkəri-qəm könlümün mülkini viran eylədi,Padşahım, bir tərəhhüm qıl, mürüvvət çağıdır.
Vaiza, təqrir qılma çox da ruzi-həşrdən,Aşiq üçün ruzi-məhşər yarın ayrılmağıdır.
Hər yetən şuxi-cəfapişə mənə, eylər sitəm,Bu bəla çəkmiş vücudum xublər tapdağıdır.
Lalələr kim, baş verib xaki-məzarımdan çıxar,Firqətindən çəkdigim sinəmdə həsrət dağıdır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Lütf edib bir gün nolur sorsan pərişan halımı,Seyyidi-sərgəştə zülfi-pürxəmin dustağıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ey-meleksima-cemalin-reski-cennet-bagidir
Use ← → keys to move, R for a random poem
More by this author
Yar hər namə ki, hər aşiqi-biyarə yazar,Yazsa bir lütfümü yüz yol genə təkrarə yazar.
Göftgu eylərdi əğyar ilə, görcək göz yaşımGöftgu eylərdi əğyar ilə, görcək göz yaşım,Gəldi kim, ondan sual eylərdim əhvalın sənin.
Ta giriftarınam, eşqin məni dilşad etmişTa giriftarınam, eşqin məni dilşad etmiş,Rəhmət ol şəxsə ki, əvvəl bunu bünyad etmiş.
Cəmali-Yusifə Yəqub meylindən əyandır kimCəmali-Yusifə Yəqub meylindən əyandır kim,Kişi öz oğluna aşiq olarmış, yar olmazmış.
Poems by other poets · Love
Ahu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
ÖldürdüMəni bir qələm qaşlınınNazı öldürdü-öldurdü.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,