Üzün hədisini dün söylədim bir ayə qədər,Görək ki, şərhini vaiz bilir bir ayə qədər?

Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm,Əgər yüz il yügürə Mərvdən Səfayə qədər.

Dedim: visalın üçün çox dualar eyləmişəm,Dedi: çatıbdı sənə etdigin duayə qədər.

Dünənki gün də gün idi, bu gün də bir gündür,Vəli təfavütü var ərzdən səmayə qədər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu qədr Seyyidə cövr etmə, ey məlaikxu,Fəda olum sənə, ölməzmi bu cəfayə qədər?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets