Sövdalərə düşdüm, dedim: allah kərimdir
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Sövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.
Bənd oldu könül tari-səri-zülfi-nigarə,Bu damə ilişdim, dedim: allah kərimdir.
Yandırdı məni şəşəeyi-nuri-cəmalı,Bu narə alışdım, dedim: allah kərimdir.
Gəh yaxdı məni hicri-rüxi, gah visalı,Odlarə tutuşdum, dedim: allah kərimdir.
Xam idi könül düşdü qəmi-buteyi-eşqə,Ol butədə bişdim, dedim: allah kərimdir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, dolanıb gün təki məcmui-cahanıDəryaları aşdım, dedim: allah kərimdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-sovdalere-dusdum-dedim-allah-kerimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Ey bəstə qılan çahi-zənəxdanə məni,Məğlul eləyən zülfi-pərişanə məni.
Meyxanə tərəf amandı, var, ey saqiMeyxanə tərəf amandı, var, ey saqi,Gör xümdə əgər şərab var, ey saqi!
Getdim, aradım Kəbeyi-ülyadə səniGetdim, aradım Kəbeyi-ülyadə səni,Zahid dedi: görmək olur üqbadə səni.
Bu Gəncədə bir gənci-nihanım qaldıBu Gəncədə bir gənci-nihanım qaldı,Bir simbədən, qönçədəhanım qaldı.
Poems by other poets · Love
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
GəldiAy ağalar, gözüm yaşı,Çağlamağın çağı gəldi.