Hər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.

Könlümü tazə dağlərin rövşən eyləmiş,Şami-qəmində, şükr, onun şəbçirağı var.

Sünbül özünü zülfüvə oxşatdı bir gecə,Gördü xətadır, indi pərişan dəmağı var.

Ta qoymaya dodağını dilbər dodağıma,Mən bavər etmənəm ki, o mahın dodağı var.

Ta xari-möhnətin dili-pürxunə sancılıb,Ey gülüzar, lalə gülün gül fərağı var.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid yetirdi axır özün xüm ayağına,Başında şuri-nəşəsi, əldə əyağı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love