Əgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.

Könüldə zəxmimi qanlı sirişkim etdi əyan,Dənizdə qan balığın zəxminə əlamət olur.

Əgər o mahı Züleyxa görə bu surət ilə,Həvayi-Yusif ona mayeyi-nədamət olur.

Məgər qiyamə gəlibdir qiyaməti-kübra,Və ya ki, cilvəgər ol şuxi-sərvqamət olur.

Qədinlə fitneyi-axırzaman olur peyda,Bu fitnədən özünü saxlayan səlamət olur.

Çəkibdi tiği-cəfa yar, əgər tökə qanım,Kəmali-lütfdür ol, qayəti-kəramət olur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qədin xəyalını hər vəqt kim salır yadə,Mizaci-Seyyidi-dilxunə istiqamət olur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love