Məni gədalığa ol yari-pürsitiz istər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Məni gədalığa ol yari-pürsitiz istər,Həzar şükr ki, yarım məni əziz istər.
Gəlibdi cilvəyə ol sərv qəddü qamətlə,Müşəxxəs oldu ki, aləmdə rəstəxiz istər.
Tökər sirişk gözüm, su verir o, müjganəKi, qətli-am üçün ol tiği-tündü tiz istər.
Səba dəgib dağıdır tellərin üzə hərdəm,Məgər o, tari-səri-zülfü müşkbiz istər?
Dedim: bu qədr məni, ey həbibi, ağlatma,Dedi ki, aşiqini yar əşkriz istər.
Üz ilə zülfüvü dərk etmədim lətafətdən,Seçə qəradən ağı qüvveyi-təmiz istər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nə əldə nəqdi-dilü can, nə dinü iymanım,Bütani-simbədən Seyyid, əldə çiz istər.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-meni-gedaliga-ol-yari-pursitiz-ister
Use ← → keys to move, R for a random poem
More by this author
Ey bəstə qılan çahi-zənəxdanə məni,Məğlul eləyən zülfi-pərişanə məni.
Meyxanə tərəf amandı, var, ey saqiMeyxanə tərəf amandı, var, ey saqi,Gör xümdə əgər şərab var, ey saqi!
Getdim, aradım Kəbeyi-ülyadə səniGetdim, aradım Kəbeyi-ülyadə səni,Zahid dedi: görmək olur üqbadə səni.
Bu Gəncədə bir gənci-nihanım qaldıBu Gəncədə bir gənci-nihanım qaldı,Bir simbədən, qönçədəhanım qaldı.
Poems by other poets · Love
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.