Yüz feyzin olsa xəlqə əgər afitab tək,Dövran salar ayağa səni mahtab tək.

Bilməz rümuzi-söhbəti-həmraz dərdini,Nadanə əhli-dil açıla gər kitab tək.

Olma məlali-xaxiri-ərbabi-mərifət,Hər vardığın büsatə səfa ver şərab tək,

Yox eybi kimsədən sənin ehsan qəbuluvun,Ehsan edərsən aldığuvu gər səhab tək.

Məmlüvv ikən həvayi-məhəbbətlə sinəmiz,Seyli-həvadis ilə yıxıldıq hübab tək.

Ol afitabrüxlə keçən günlərim mənim,İndi gəlir xəyalıma hicrində xab tək.

Maqta — the closing couplet bearing the poet’s pen name. Başın yetər səmayə şərafətlə, Seyyida,Eşqilə payimal ola bilsən türab tək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets