Krımda axşamlar
M. MüşfiqəEnərkən qızıl günəş qoca dağlar ardına,Baxardım heyran-heyran o dilbər təpələrdən.Boy atınca dənizdən nazlı ay, sevdalı ay,San busələr alırdı ləpələr ləpələrdən.
Oh, axşamlar, axşamlar, hələ dilbər axşamlar.Gör nasıl bir yerdir ki, ellər orda axşamlar.
Sahildə yüksək bir yer, qədimdən qalma saray,Uzaqlardan baxmağa gəlirlər burda aya,Sərvlər arasında doğunca sevdalı ay,Ən müqtədir bir rəssam qoy gəlsin tamaşaya.
Oh, mən də saatlarca durdum o gözəl yerdə,Daldım şən təbiətin o dilrüba rənginə.Düşündüm elim nerdə, Krım nerdə, mən nerdə,Xəyalım uçdu həmən uzaqlara, ənginə...
Ay tökdükcə nurunu göy dənizin üzünə,Sahildəki Gicginə yaldızlara batardı.Çarpdıqca dalğacıqlar Qırlanğıcın dizinə,Gözəl dilbər uzaqdan min bir işvə satardı.
Livadyada zövq alan bir işçinin əlindənÇınlayan qarmon səsi əks edərkən gecəyə.Gətirirkən xatirə bu yerin keçmişini,Hər kəs heyran qalırdı bu dadlı bilməcəyə.
Bu sarayda bir zaman möhtəris knyazlarınƏlində qan dolusu peymanələr yanardı.Ağ qartalın eşqinə səslənirkən qədəhlərGecələrin qəlbinə ölüm zəhri sunardı.
Bu sarayda bir zaman... Söylədilər, dedilər.Kinli generalların o vəhşi sinəsində,Məsum Krım qızları zövq üçün dirildilər,Bir hıçqırıq sönərkən boğulan nəfəsində.
Xəyala gəlirmi heç ki, haman bu sarayda,Göy kömləkli bir işçi gəlib də dincələcək?Və ya kəndli bir yoxsul, şahların gəzindiyiGöy sərvlər içində yatıb sərinlənəcək?
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-krimda-axsamlar
Use ← → keys to move, R for a random poem
More by this author
Tarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.
Bir səs gəlir uzaqdanBir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?
Bilməm kiOğlum AzərəGün gəlib ta son vədələr yetincə,
Bir günSanma getməz başımdan bu kəşvətli buludlar,Şimşək olub üfüqdən yenə çaxacağam mən.
Poems by other poets · Love
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.