Cəm ikən rüxsarüvə zülfün pərişan eylədin,Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.

Bağə girdin ol üzari-aldən açdın niqab,Qönçənin bağrın həsəddən dəmbədəm qan eylədin.

Ərzi-rüxsar eylədin gülşəndə, ey gül bülbülə,Bülbülü gülzari-eşqində pəşiman eylədin.

Boynuma saldın o müşkin zülfüvün zünnarını,Ey büti-tərsa, məni eşqində Sənan eylədin.

Oldu hər bir zərrədən eşqin təcəllası əyan,Aləmi Musa tək, ey xurşid, heyran eylədin.

Kənzi-məxfidən əyan oldu düri-şəhvarlər,Qətrəni, ey bəhri-ehsan, dürri-qəltan eylədin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gah işvə, gah qəmzə, gah xişmü, gah naz,Seyyidə hər gündə bir növ ilə ehsan eylədin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love