Kim ki, istər özünü sərvəri-əyyam eləsin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Kim ki, istər özünü sərvəri-əyyam eləsin,Dəri-meyxanəni öpsün, tələbi-cam eləsin.
Abi-Kövsərdə mənim hər nə nəsibim varsa,Döndərib rəbbim onu badeyi-gülfam eləsin.
Yar gəldi, hamı öz dərdinə məşğul oldu,Qalmadı kimsə ki, əhvalıma əncam eləsin.
Sən nə kutahsən, ey şami-visali-dilbər,Həq mənim ömrümü kəssin, sənə ənam eləsin.
Zülfü xəttin gətirir arizinə cananın,Kafər istər əcəba, kafəri islam eləsin?
Olsa nakamlığım gər o pərinin kamı,Dili-divanəmi həq dəhrdə nakam eləsin.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid ol zülfü rüxündən ki, hekayət söylər,İstəyir kim, günün ol vəch ilə axşam eləsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-kim-ki-ister-ozunu-serveri-eyyam-elesin
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dərviş bir dövlətlinin yanına gəlib dedi ki, hər ikimizin atamızAdəm və anamız Həvvadır. Bəs mən sənə qardaşam. Sənin bu qədər
Oğru hekayəsiBir oğru bir şəxsin libasını oğurladı. Aparıb bazarda bir dəllala verdiki, satsın. İttifaqən o libası ondan dəxi oğurladılar. Oğru əliboş yoldaş-
Çəpgöz hekayəsiBir əhvəldən (yəni çəp) bir nəfər şəxs soruşdu ki, bu söz doğrudurki, deyirlər çəplər biri iki görür?
Korun hekayəsiBir şəxs bir kora dedi ki, mən belə eşitmişəm ki, Allah-taala hərkəsi kor eləsə, əvəzində ona bir yaxşı şey əta elər. Aya, sənə nə mər-