O gün olsun ki, genə məclisə dilbər gəlsinÇıxıban bürcdən ol mahi-münəvvər gəlsin.

Genə saqilər ələ badeyi-gülgun alsın,Bəzmə mina düzülüb, gərdişə sağər gəlsin.

Bəzmi-işrətdə əgər yar ola, bir haləti var,Məst olub rəqs eləsin, haləti-digər gəlsin.

Nuşbada!–ləb açıb badəni şirin etsin,Təlx mey zaiqeyi-canıma şəkkər gəlsin.

Səhldir kim, edəsən qanımı su kimi rəvan,Tək sənin qaşlaruvun tiğinə cövhər gəlsin.

Ey məni ol məhi-xurşidliqadən ayıran,Görüm aləmdə günün şamə bərabər gəlsin.

Gərçi hicranda, könül, bəd keçinir əhvalın,Şükr qıl, olmaya bundan dəxi bədtər, gəlsin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Tövbə etdin meyi-gülfamdən, ey Seyyidi-zar,Hələ səbr eylə ki, fəsli-güli-əhmər gəlsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love