Ol üzü xurşid kim aşiqlərin cananıdır,Gün təki rövşəndi kim, bu xəstə cismin canıdır.

Zülməti-zülfində, pinhan, ləlinə meyl etdi dil,Ol dəhani-təng Xızrın çeşmeyi-heyvanıdır.

Sirrimi aləm bilir, ey dil, nə pinhan eyləyim,Aşkarə dil alan ol xəndeyi-pinhanıdır.

Ey təbib, əl çək əlacımdan, mənə etmə əlac,Xaki-kuyi-dust kur olmuş gözüm dərmanıdır.

Nami-məşuqi nə hacət zahir etmək, ey könül,El bilir, aləm bilir gülrüxlərin sultanıdır.

Sinədə peykanuva qıldım cigər qanın qida,Canə minnətdir ki, bu cananımın mehmanıdır.

Namə gəldi yardən, istər cəsəddən canımı,Böylə sandım ki, həqin gögdən gələn fərmanıdır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Olma yarın, Seyyida, cövrü cəfasından məlul,Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love