Təsəvvür eyləmə kim, məst edibdi badə məni,Gözündü məst qılan badədən ziyadə məni.

O tari-türrələrin eylə boynuma zəncir,Cünuna var həvəsim, qoyma biqəladə məni.

Ümid var ki, tutam bir tərəfdə damənini,Sovursalar kül edib firqətində badə məni.

Mənəm ki, aləm ara şəhsüvari-izzət idim,Bu ərsəgahdə mat etdi bir piyadə məni.

Yavuqdu kim, bu fərəhdən öləm, eşitdim çünŞəhid qılmağa yar eyləyib iradə məni.

Muradım ol məh əlində şəhid olmaqdır,Nolur yetirsə fələk rəhm edib muradə məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Cəmali nəqşini sinəmdə səbt edib, Seyyid,Salıbdı rəngə bu gün ol nigari-sadə məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love