Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.
Dildar tutub ruzə, zəf oldu ona qalib,San yengi çıxan aydır, çərx üzrə əyan oldu.
Qaçmış o güli-alın ləli-ləbinin qanı,Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu.
Aşüftə olub kakil əbruyi-kəcin tutdu,Mah idi bu eyd üçün əbr içrə nihan oldu.
Açıldı dəri-məscid, cəm oldu riya əhli,Bağlandı səri-mina, qəmdən xəfəqan oldu.
Niyyət gecəsi verdim iymanı, şərab aldım,Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu?
Maqta — the closing couplet bearing the poet’s pen name. Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim,Sərməstligim, saqi, məşhuri-cahan oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ey-saqiyi-gulcohre-mahi-remezan-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Ey oğul, alim olsa rəbbani,Sən onun ol dərində dərbani.
Oğluma xitab (Ey oğul, olma talibi-badə)Ey oğul, olma talibi-badə,Getməsin ta ki izzətin badə.
Oğru və fəqirTutdu bir düzdi-nabəkarı əsəs,Bağladı bir sütuna möhkəmü bəs.
Oğrunun vəqəsiVardı bir düzdi-şəbrəvü əyyar,Eylədi bir oğurluq ol məkkar.
Poems by other poets · Love
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
On səkkiz yaşında...Çatır son mənzilə ömrün karvanıƏlli il yol gəldik bu səhrada biz.
Billəm ki, edər axir ol nərgisi-məstanəBilləm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,