Ey oğul, olma talibi-badə,Getməsin ta ki izzətin badə.Badənin zuri əqli zail edər,Adəmi hər fəsadə mail edərƏqldəndir şərafəti-insan,Olmasa əql, mərd olur nadan.Badə tabı olur şüura hicab,Əqli məstur eyləyib meyi-nab.Veribən simü zər şərab alma,Ey oğul əqlüvə hicab alma.Nəssi-Quran ilə behökmi-qədərBadəni nəhy edibdi peyğəmbər.

**Badə nəhyində gəldi “fəctənibu”Ey oğul, hökmi-kibriyadır bu.Nəcisül-eyndir, nəcasətdir,Mayeyi-nikbətü xəsarətdir.Bil ki, ümmül-fəsaddır badə,Verdi çox xanimanları badə.Bir zaman gərçi mən üzüqarəVar idim badənuşü meyxarə;Mənə mənzil şərabxanə idi,Həmdəmim çəng ilə çəğanə idi;Məclisimdə həmişə hal əhli,Mərifət məcməyi, kəmal əhli;Həmdəmim hər büti-pərivəş idi,Mənə məşrəb şərabi-biğəş idi;Arü namusü qeyrəti atdım,Baş qoyub xüm ayağına yatdım;Gecələr məst, ta səhər bəngi,Həymbüsatım müğənniyü çəngi;Çəkməmiş başıma səhərlər əyağ,Olmaz idim durub yerimdən oyağ;Gərçi elmü fərasətim çox idi,Əhln-fəzl içrə hörmətim yox idi;Məst olub xəlq ilə cidal etdim,Əqlimi cəhlə payimal etdim;Məstlikdən olan zaman huşyar,Gördüm əldən gedibdü qeyrətü ar;İncinib cümlə yarü ənsarım,Qalmayıb kimsənə havadarım;Çıxmışam ta ki məst bazarə,Gəlmişəm rast hər dilazarə;Əli daşlı uşaqlar hər yanMəni-bədməstə oldu səngzənan;Batmışam gül kimi qızıl qanə,Dönmüşəm sərbəsər gülüstanə;Ta ki tovfiq oldu həmrahım,Lütflər eylədi mənə şahım;Ta hidayət çirağı saldı ziya,Qəlbimi rövşən etdi nuri-xuda.Eylədim pak camdən tövbə,Dəxi şürbi-müdamdən tövbə.Xəlqə verdim cəvab tövbə ilə,Şüstüşu etdim abi-tövbə ilə.Tərk qıldım şərab övsafın,Tarü çəngü rübab övsafın;Eylədim mədh şahi-mərdanı,Vəsf qıldım Əliyyi-İmranı;Eylədim zikri-məqtəli-şühəda,Vəsfü övsafi-şahi-Kərbübəla;Özümü ta dəxili-şah etdim,Çareyi-xirməni-günah etdim;Pak oldum cahanda yekbarə,Sanki it düşdü bir nəməkzarə.Barilaha, behəqqi-ali-əba,Əfv qıl cürmümü, bağışla xəta.Sənə bir əbdi-rusiyahəm mən,Bəndeyi-asitani-şahəm mən.Şahım ol Mürtəzadı, nuri-cəli,Heydəri-şirdil, Əliyyü vəli.Barilaha, behəqqi-ali-BətulTövbəvü üzrümü sən eylə qəbul.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern