Musa peyğəmbər və yoxsul
Bir zaman Turə Həzrəti-MusaAzim olmuşdu, ol kəlimi-xuda.Nagəhan gördü bir nəfər üryan,Özünü xak-ara qılıbdı nihan.Möhnəti-fəqrə mübtəla idi səxt,Bərgsiz bir xəzanrəsidə dirəxt.Baş götürdü ki, ey kəlimi-xuda,Turdə qıl məni-fəqirə dua.Verə həq mən fəqirə sərmayə,Ta qılam çarə hərrü sərmayə.Atəşi-fəqrə hiç tabım yox,Yanıram narə, xürdü xabım yox.Turdə ta ki Həzrəti-MusaDövlət üçün o zarə qıldı dua.Həqq ona lütf qıldı sərmayə,Başına saldı feyzi-həq sayə.Gördü bir gün ki, Həzrəti-MusaXəlq olub cəm, var bir qovğa.Ol süxəndani-iyzədü mütəalSəbəbi-qilü qalı etdi sual.Dedilər ol cəmaət: – Ey Musa,Budur ol tirəbəxtü bisərüpa.Sən dua eylədin tapıb zəfəri,Məst olub öldürübdü bir nəfəri.Yekdilü yekcəhət səğirü kəbirBir nəfər şəxsi eyləyiblər əsir,İndi biz şərə göstərib ixlas,Tutmuşuq eyləyək o qanə qisas.Şərmnak oldu Həzrəti-Musa,O səbəbdən ki, etmiş idi dua.Qıldı iqrar həqq hikmətinə,Tövbələr etdi öz cəsarətinə.Dedi: – Gümrahlıq edər peyda,Çox kəsə ruzi etsə həqq əta.Atanın gərçi malı var büsyar,Zərər eylər oğuldu gər meydar.Seyyida, mülkü malı bari-xudaHər kəsə layiqincə etmiş əta.Çün deyilsən qədrdə sən qazi,Hökmi-təqdirə olgilən razi.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-musa-peygember-ve-yoxsul
Use ← → keys to move, R for a random poem
More by this author
Müxtəsər, bir zaman çıxar bu xəbər –Ki, gəlir ol cəhani-fəzlü hünər.
Nazimin ifadəsiOl zamandan ki, etdi həft abaÜmməhat izdivacini peyda,
Nuşirəvanın ova getməsiNəql edirlər ki, şahi-NuşirvanOldu bir türfə seydgahə rəvan.
OğlumaCəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoş elhanım!