Belə nəql etdi raviyani-kəlam –Ki, Süleyman nəbi əleyhi-səlam.Dedi kim, bir kəlağə eylə güzər,Cümlə nəsli-tüyurə eylə nəzər,Hansı ki, hüsndə ola ziba,Götürüb gəl hüzuruma hala.Bişəyə ol kəlağ qıldı güzər,Etdi nəsli-tüyurə cümlə nəzər.Nəzərində göründü pəstü bülənd,Etmədi hiç bir güruhu pəsənd.Öz balasına gəldi qıldı nəzər,Eylədi batini məhəbbət əsər.Dedi ki, cümlədən bu zibadır,Bəs bunu töhfə etmək uladır..Götürüb düşdü əzmi-cövlanə,Gətirib xidməti-Süleymanə.Çün Suleyman o ziştə qıldı nəzər,Dedi kim, ey kəlaği-bədmənzər,Yoxdu quşlar içində bundan zişt,Çox kərihül-cəmalü şumü dürişt.İnkisar ilə ərz qıldı kəlağ,Dedi ki, hər tərəfə çaldım ayaq,Eylədim cümleyi-tüyurə nəzər,Öz balamdan biri deyil behtər.Bunda şək yoxdur, ey rəsuli-xuda,Hər kəsə öz balasıdır ziba.Seyyida, oğlun olsa kurü keçəl,Görünür hamıdan gözündə gözəl.

**“Küllü-hizbin bima lədeyhi” oxu –Ki, bu mənayədir işarə çoxu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets