Aldı Məmun bir kənizi-lətif,Bərgi-gül tək lətif-xülqü zərif.Şəbi-xəlvət o sərvi-xoşqamətDurdu Məmundan eylədi nifrət.Xişmnak oldu padşahi-qəyur,Çün özündən görüb kənizi nəfur.Nə qədər bənd oldu miri-əcəll,Padşahə kəniz vermədi əl.Dedi Məmun, key fəriştəcəmal,Xatirində nədəndi rəncü məlal?Ərz qıldı kəniz, key mövla,İstər öldür və ya ki eylə rəha –Ki, gəlir buyi-bəd dəhanından,Qaçıram, vəchi var ki, yanından.O gecə hiç yatmayıb Məmun,Qüssədən oldu sübhədək dilxun.Sübh qıldı təbiblər ehzar,Dərdi-pünhanın eylədi izhar.Qıldılar dəfinə əlaci-niku,Dəhəni oldu gül kimi xoşbu.Dust tutdu kənizi şahi-əcəm,Oldu hər sübhü şam ona həmdəm.Mənə çox dustdur bu siməndam –Ki, mənim eybim eylədi elam.Eybi örtən rəfiq gövdəndir.Onu sən dost sanma, düşməndir.Seyyida, sanma dustdur, zinharKim, sənə eybin eyləməz izhar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets