Bir gecə bir cəvani-məstü xumarBir nəfər parsayə oldu düçar.Oxuyurdu əlində həm bir saz,Nəğmeyi-Şur edirdi, gah Şəhnaz,Görcəyin parsanı ol sərməstBaşını sazı ilə qıldı şikəst.Dinməyib parsa keçib getdi,Gəlibən sübh ona əta etdi.Dedi ki, məst idin gecə, ey oğul,Bir qədər mən sənə gətirdim pul –Ki, sınan sazüvü dürüst eylə,Xoş deyil ki, şikəst ola böylə.Sağalıbdır mənim başımda yara,Sən də qıl sazüvü dürüst-nəva.Çün cavan onda gördü xülqi-həsənEylədi tövbə öz ədasindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern