Genə bir namə ilə yadə salıb yar məni,Bəxt handan bu işə gördü səzavar məni.

Məni ol mahliqa yadına salmaz, bilirəm,Gündə bir müjdə ilə alladır əğyar məni.

Şəbi-hicran məni, ey mah, təmam etmiş idi,Saxlayıb zində belə vədeyi-didar məni.

Fərəhimdən ölərəm gər səni birdən görsəm,Gəlməgindən irəli eylə xəbərdar məni.

Dürri-göftari-dəhanınla edibdir xoşhal,Ey ləbin sədqəsi, yoxdan eləyən var məni.

Bülbüli-gülşəni-qüds idim, əzizi-dü cahan,Bir gül eşqində fələk eylədi gör xar məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, əmmaməmi al başdan əyaği-meyə ver,Sərgiranəm tut əlim, eylə səbükbar mani.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love