Rəhm etmədi əhvalıma yarım, belə keçdi,Bir baxmadı ol nazlı nigarım, belə keçdi.

Həngami-bahar oldu, işim beylə xəzandır,Ya rəb, necolur, çünki baharım belə keçdi.

Gündüzlər işim nalə, gecə göz yaşı həmdəm,Ol zülfü rüx eşqində mədarım belə keçdi.

Saldım özümü payi-səməndinə o şahın,Lütf etmədi ol şahsüvarım, belə keçdi.

Yar özgələrin məclisinin oldu çırağı,Mən hicrdə qaldım, şəbi-tarım belə keçdi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, o qara gözlü mənim kəsdi qərarım,Səhrayi-məhəbbətdə qərarım belə keçdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love