Oğru və fəqir
Tutdu bir düzdi-nabəkarı əsəs,Bağladı bir sütuna möhkəmü bəs.Ol gecə var idi pərişanhal,Sübhədək eyləyirdi fikrü xəyal.Gördü ki, bir fəqir edir nalə,Fəqrdən ol düşüb yaman halə.Dedi oğru ona ki, ey əhməq,Ol xəmuş, eylə şükri-neməti-həq.Fəqr ilə gərçi binəvasən sən,Nə mənim kimi mübtəlasən sən.Möhtəsib çəkməyib sütunə səni,Salmayıb haləti-zəbunə səni.Şükr elə, sən olan zaman bimar,Səndən əhvalı bəd olanlar var.Tapmasan saf, dürdə ol qane –Ki, sənə kimsənə deyil mane.Nə pirincin, əgər nə yağın var,Şükr qıl sağ əlin, ayağın var.Şükrlər qıl xudayi-mənnanə –Ki, səni qərq edibdir ehsanə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ogru-ve-feqir
Use ← → keys to move, R for a random poem
More by this author
İki aqil kəs eyləməz dəva,Eyləməz bir-birinə büğz əsla.
Hikmət (Kurlər hifz edəllə Quranı)Kurlər hifz edəllə Quranı,Leyk bilməzlər onda mənanı.
Hindli Səlimin hekayəsiBir nəfər əhli-kənd olan hinduQonşusundan dilədi tənbaku.
Fəqir və zalımBir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Poems by other poets
Salam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Həsbi-halŞəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd