Hindli Səlimin hekayəsi
Bir nəfər əhli-kənd olan hinduQonşusundan dilədi tənbaku.Cibinə əl salıb o bahimmətBir ovuc eylədi ona şəfqət.Tənbəki içrə olmuş idi bərat,Səhv ilə, bir ədəd səfid manat.
**O biri sübh gəldi hindi səlimSahibinə pulu edə təslim.Dedi ki, səhv olubdur, ey ağa,Sən mənə pulu etməmişdin əta.Dedi ki, tənbəki qılan ehsanPulu da bəxş edibdi, etmə güman.Bu xitabı o etcəyin təqrir,Əlini qoydu köksünə o fəqir,Dedi: – Bu evdə vardır iki nəfər,Birisi xeyr sahibi, biri şər.Sahibi-xeyr etdi hökmi-qəvim –Ki, pulu sahibinə qıl təslim.Sahibi-şərr söylədi: – Ey yar,Etmə təslim əhlinə zinhar!Bu sənə ruziyi-müqəddərdir,Lütfi-yəzdan sənə müqərrərdir.Aparıb ver şərabə, nuş eylə,Məst olub, kef çəkib, xüruş eylə.Sübhədək qıldılar bu növ kəlam,Qoymadılar məni tutam aram.Qüvveyi-xeyr olub şərə qalib,Rəddinə eylədi məni rağib.Xoşu gəldi bu sözdən, ol ağaO pulu ol fəqirə qıldı əta.Seyyida, doğruluq elə pişə,Doğruya yoxdu bimü əndişə.Könlüvü pak qıl xəyanətdən,İstə rizqin xudayi-qismətdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hindli-selimin-hekayesi
Use ← → keys to move, R for a random poem
More by this author
Qurban olum o gözlərə kim, gördü yarımı,Yarım görən göz, əlbət alır ixtiyarımı.
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
Olmasaydı qəmi-eşqin dili-viranımdaOlmasaydı qəmi-eşqin dili-viranımda,Saxlamazdım onu bu izzət ilə yanımda.
Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş.Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasənmiş.Bağışla, bilmədim biganələrlə aşinasənmiş.