Hikmət (Kurlər hifz edəllə Quranı)
Kurlər hifz edəllə Quranı,Leyk bilməzlər onda mənanı.Oxuyur ləfzini ibarətlə,Məddü işba ilə, qiraətlə,Bilməyir hiç əmrü ehkamın,Xaliqin etdiyi sərəncamın.Adını xəlq ara qoyub arif,Sirri-Quranə olmayıb vaqif.Bunu Quranda həq deyibdü: himar
**Məsəl üzrə ki, “yəhmilül-əsfar”.Oxuyur çox kəs ayeyi-Quran –Ki, ona lənət eyləyir fürqan.Bizə lazımdı bəs bilək məna,Ta olaq mərdi-alimü dana.Biz gərək kəşf edək rümuzati,Fəhm edək ğamizati-ayati.Hökmi-həq ləfzdən deyil müştəqq,Hacıleylək də eyləyir ləq-ləq.Ləfzinə qane olma, ey dana,Bizə lazımdı ləfzdən məna.Əcri var, sən oxu ibaratın,Leyk idrak qıl işaratın.Dediyin ləfzə bilgilən məna,Olma nəsnas kimi, ey dana!Bəıd ibaratə olma, ey aqil,Səni mənadan etməsin qafil.Tap səadət müqəddəmatından,Möhkəmatü müşəbbəhatından.Hər quşun vardı bir səyaq səsi,Bülbülün xoş təranədir nəfəsi.Qümriyü əndəlibü səlsəlü sarKəbkü teyhuvü sərçə, zağü həzar;Cümləsi öz dililə zikr eylər,Xaliqi-kirdigarə şükr eylər.Cüğd hər ləhzə seyləyir həq-həq,İstəyir həq liqasını ləqləq.Hüdhüd eylər hədiyyə sübhanə,Mələxi bəxş edər Süleymanə.Budur, ey xoştəranə, zikri-xürus“Üzkürullah” ey guruhi-nəfus.Dürci-mənadü naleyi-dürrac,Şərhi qamusədir onun möhtac.Faxtə sübhü şam edər: ku, ku,
**“Huvə movcud leysə illa hu”.Tutiyi-xoşsüxəndü ramişgər,Hər zaman məclisə tökər şəkkər.Hindi-mənadə zikr edər tavus,Söyləyər: – Ya qəfurü ya ğüddus!Ucalır hər zamanda naleyi-zağ,Eyləyir yari-binişanı sorağ.Cümlə olmuş həqiqətə şağil,Seyyida, olma zikrdən qafil.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hikmet-kurler-hifz-edelle-qurani
Use ← → keys to move, R for a random poem
More by this author
Ey Şeyx Nizami, ey nizamı dağılan,Ey Gəncədə izzü ehtişamı dağılan,
Dünya üzü sərbəsər əgər hur olsunDünya üzü sərbəsər əgər hur olsun,Girməz gözümə yüz gözü məxmur olsun.
Var aləm ara şöhrəti İslambulunVar aləm ara şöhrəti İslambulun,Həddəndi füzun dövləti İslambulun,
Dərbənd həsarı Səddi-İskəndərdirDərbənd həsarı Səddi-İskəndərdir,Hər bir daşı mərmərdən onun behtərdir.