Olmasaydı qəmi-eşqin dili-viranımda,Saxlamazdım onu bu izzət ilə yanımda.

O qara xalı mənə versələr qanın içərəm,Nə üçün mənzil edib arizi-cananımda.

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,Görünür gör nə xələllər mənim iymanımda.

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,Bu nə rəftardır ol sərvi-xuramanımda?

Maqta — the closing couplet bearing the poet’s pen name. Düşəni xublərin könlümə fikri, Seyyid,Əlli Yusif tapılır külbeyi-əhzanımda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love