Xoşa ol aşiqə kim məclisində yarı ola,Visali-yardə fərxəndə ruzigarı ola.

Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey,Nə kəsri məclisi-meydən, nə intizarı ola.

Şərabə olmasa da gərçi nəqd simü zəri,Şərabxanədə bari bir etibarı ola.

Bu gunə qoymaz idim, zülfüvə əsir olsun,Əgər əlimdə dili-zarın ixtiyarı ola.

İlahi, bülbülə olsun həmişə gül həmdəm!Müdam o xəstədilin gülşəni, baharı ola.

Mənim tək olmaya məhrum gülüzarından,Nə qüssədən ürəgi qan, nə xar xarı ola.

Maqta — the closing couplet bearing the poet’s pen name. Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül,Yanında sən kimi bir yari-gülüzarı ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love