Gecə gördüm səni, ey afəti-dövran, yuxuda
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım,Etibar olmaz əgərçi görələr qan yuxuda.
Zahirən abi-bəqayə yetəcək xəstə könülKim, bilibdir dəhənin sirrini pinhan yuxuda.
Nola ləlin görübən zövq ilə xəndan olsam,Rəsmdir şad olu hər kim ola giryan yuxuda.
Var ümidim ola cəmiyyəti-vəslin məqdurKi, qara zülfüvi göz gördü pərişan yuxuda.
Gecə gördükdə səfayi-rüxün, ey kəbeyi-hüsn.Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyidi-zar görüb vəslüvi bidar olmuş,Bir gədadır ki, görüb özünü sultan yuxuda.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-gece-gordum-seni-ey-afeti-dovran-yuxuda
Use ← → keys to move, R for a random poem
More by this author
Ey badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,
Ey qanə dönən rəşki-ləbindən yaqutEy qanə dönən rəşki-ləbindən yaqut,Öldür məni, ver ləli-ləbindən ya, qut.
Qurbanın olum, ey büti-şirinhərəkatQurbanın olum, ey büti-şirinhərəkat,Hər acı sözündür mənə bir qəndü nəbat,
Ey Xızrxət, ey şahi-rəfiüddərəcatEy Xızrxət, ey şahi-rəfiüddərəcat,Ey zülməti-xətt içrə ləbin abi-həyat.